Bia.Az

TƏCİLİ: İsrail Rəfaha doğru HƏRƏKƏTƏ KEÇDİ

Dünya
 19-03-2024, 14:36     304

Fələstin Xarici İşlər Nazirliyi İsrail ordusunun Qəzza zolağının cənubundakı Rəfah şəhərinə heç bir açıqlama vermədən hücuma keçdiyini açıqlayıb.

Musavat.com “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə nazirlikdən verilən yazılı açıqlamada bildirilib.

Qeyd olunub ki, "Fələstin Xarici İşlər Nazirliyi İsrailin Rəfah şəhərinə qarşı hava hücumlarını qətiyyətlə pisləyir".

Açıqlamada İsrailin dünən gecə saatlarından etibarən Rəfaha dağıdıcı hava hücumu təşkil etdiyi və çoxlu sayda fələstinlinin həyatını itirdiyinə diqqət çəkilib.

Bəyanatda hücumların ABŞ dövlət katibi Entoni Blinkenin Səudiyyə Ərəbistanı və Misirə səfəri ilə eyni vaxta təsadüf etdiyi vurğulanıb.
Qeyd olunub ki, İsrail döyüş təyyarələrinin ötən gecə Rəfah şəhərinin müxtəlif bölgələrinə təşkil etdiyi hava hücumlarında aralarında uşaq və qadınların da olduğu 14 fələstinli həyatını itirib, çoxlu sayda insan yaralanıb.

Martın 15-də İsrailin baş naziri Benyamin Netanyahunun ofisindən verilən açıqlamada Netanyahunun Rəfah şəhərinin cənubuna mümkün hərbi əməliyyat planını təsdiqlədiyi açıqlanıb.скачать dle 12.1