Bia.Az

“PARAZİT CÜTLÜYÜ...” - Rusiya mədəni elitası da Simonyan ailəsindən təngə gəlib + VİDEO

Dünya
 16-09-2020, 14:28     398

Belarusda cərəyan edən hadisələrin ən çox izlənildiyi ölkənin Rusiya olduğu şübhəsizdir. Rusiyada təkcə siyasi hakimiyyət deyil, sıravi vətəndaşlar, eləcə də siyasi və mədəni elita, həmçinin hakimiyyətə müxalif siyasi qüvvələr də Minskdə baş verənləri diqqətlə izləyir. Kremlin təbliğatçısı və həm də çox eybəcər təbliğatçısı olan bir sıra tok-şou və digər formatlı televiziya verilişlərinin aparıcıları isə Belarusda baş verənləri hər zamankı kimi siyasi hakimiyyətin maraqlarına uyğun şəkildə təqdim edirlər. Və yenə də bütün əndazələri aşırlar.
“AzPolitika.info” xəbər verir ki, Rusiyanın populyar “Novaya Qazeta” dərgisində Kremlin ən çirkin təbliğatçılarından olan telejurnalist Marqarita Simonyan və onun əri Tiqran Keosayanla bağlı çox kəskin tənqidi yazı dərc olunub.
Rusiya müxalifətinin ən tanınmış simalarından olan Aleksey Navalnın bu ailə barədə dediyi “Parazit cütlüyü” ifadəsini xatırladan məqalədə bildirilir ki, Simonyan ailəsi bütün mənəvi dəyərləri çoxdan tapdalayaraq, abırsızlığın, həyasızlığın ən yüksək nöqtəsinə qədər yüksəlib.

Slava Taroşinanın qələmə aldığı yazıda ilk olaraq qeyd olunur ki, ötən həftənin ən səs-küylü hadisəsi Simonyan-Keosayan cütlüyünün efirə buraxdığı biabırçı verilişdə iştirak edən aktrisa Yekaterina Şmakovanın sonradan Belarus əhalisindən, xüsusilə qadınlardan ağlayaraq üzr istəməsi olub.
Məsələ ondadır ki, bu “Parazit cütlüyün” hazırladığı verilişdə rol alan aktrisa simonyanların verdikləri mətni oxuyaraq proqramda aldığı rolla Minskdə mitinqlərə çıxan qadınları aşağılayıb. Ağlayaraq üzürxahlıq edən aktrisa deyib ki, ona oynayacağı rolun mətni çəkilişdən cəmi 3 dəqiqəəvvəl verilib. Bunun çox utancverici hal olduğunu və oynadığı rola görə xəcalət çəkdiyini deyən aktrisa göz yaşlarını gizlətməyib.

Xəcalət çəkmək üçünsə tam əsas var. Belə ki, simonyanların təqdim etdikləri mətn əsasında rol alan aktrisa Belarus qadınlarını yüngül həyat tərzli, pozğun, savadsız, axmaq və təmbəl obrazında təqdim edib.
“Novaya Qazeta”nın təqdim etdiyi videoda Yekaterina Şmakovanın üzürxahlığından sonra sözügedən verilişin həmin hissəsi təqdim olunub.
“Ər ifaçı, arvad da bədii rəhbər və ssenarist” deyə qeyd olunan məqalədə bildirilir ki, simonyanların hazırladıqları “Siyasi pelerama” adlı bu veriliş Rusiyada hakim siyasi təbliğatın hansı eybəcər və rüsvayçı formaya düşməsindən xəbər verir: “Simonyan-Keosayan ailə tandeminin əmələ gəlməsindən sonra Rusiya təbliğatı özünün son cizgilərini cızmış oldu – “hər şey etmək olar, heç nə ayıb deyil””.
Məqalədə qeyd olunur ki, ümumilikdə Rusiya televiziyalarındakı “parazitlər” simonyanlarla bitmir və bu sıraya məşhur ermənipərəst Vladimir Solovyov, Pyotr Tolstoy və bir çox digər aparıcılar da daxildir: 
“Simonyanlaşan bu televiziya sakinlərinə baxanda həmişə düşünürəm, görəsən bu insanlar nə vaxtsa günah və xəcalət hissi keçirirlərmi?... Artıq televiziyadakı həyasızlıq sərhədləri sonsuza çevrilib.”


Müəllif daha sonra qeyd edir ki, “simonyanlaşan” televizyalarda müşahidə olunan vəziyyət abırsızlığın son hədlərini də aşıb.
Ümumiyyətlə, Rusiya elitasında Marqarita Simonyan və onun “həmfikirləri”nə qarşı böyük nifrət yaranıb. Və burada təkcə onların televiziyalardan səsləndirdikləri yalanlar yox, həm də özlərindən razılıqları və bunun nəticəsi olaraq, nəinki ayrı-ayrı insanları, xalqları, dövlətləri təhqir etmələridir. 
“Novaya Qazeta”-nın təqdim etdiyi videodan da bir daha görünür ki, bu çirkin təbliğat bütün əndazələri aşır və hətta rusların qardaş hesab etdikləri Belarus xalqını belə aşağılamaqdan, təhqir etməkdən çəkinmir. Bu çirkin işin başında isə simonyanlar durur... 


BİA.az
скачать dle 12.1