Bia.Az

Köçəryanın toyuna gəldiyi azərbaycanlı sirləri açdı – VİDEO

Dünya
 18-03-2024, 00:57     226

Zakir Həsənov Xankəndidə doğulub, şəhər aptekində əczaçı işləyib. İşlədiyi aptek bu gün də yerindədir. Amma Xankəndidə qoyub getdiyi doğmalarının məzarları artıq yoxdur.

Globalinfo.az xəbər verir ki,  İTV onunla bağlı süjet hazırlayıb.

Ermənilər azərbaycanlılara məxsus məzarlığı yox ediblər. Yox olmayan isə Zakir Həsənovun xatirələridir. O, Xankəndidə işlədiyi apteki tapıb. O aptek ki, 34 il əvvəl qarşısında şəkil də çəkdirmişdi.

Onun xatirələri arasında Robert Köçəryanla dost olduğu günlər də var. Köçəryan və Arkadi Qukasyan Zakir Həsənovun toyunda iştirak da ediblər.
скачать dle 12.1