Bia.Az

ABŞ Ukraynaya 300 milyonluq yeni hərbi yardım göndərir

Dünya
 13-03-2024, 01:02     240

ABŞ Ukraynaya 300 milyon dollar dəyərində yeni hərbi yardım paketi göndərəcək.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan bildirib.

“Bu gün Prezident Co Baydenin adından Ukraynanın aktual ehtiyaclarını həll etmək üçün Kiyevə 300 milyon dollarlıq təcili hərbi yardım paketinin göndərilməsini elan edirəm”, – deyə Sallivan vurğulayıb.

Sallivanın sözlərinə görə, Ukraynaya yeni hərbi yardım paketində digər hərbi sursatlarla yanaşı, HİMARS üçün artilleriya mərmiləri və GMLRS raketləri də yer alacaq.

Bu, 2023-cü ilin dekabrından bəri ABŞ-dan Ukraynaya ilk hərbi yardım paketidir.

Xatırladaq ki, bir müddət öncə “Politico” nəşri ABŞ-ın Ukraynaya dəyəri 300 milyon dollara qədər olan “ATACMS” taktiki raketləri və digər silahlar göndərəcəyinə dair məlumat yayıb.

Qeyd edək ki, daha öncə “Röyters” agentliyi 400 milyon dollar hərbi yardım ayrılacağını yazmışdı.скачать dle 12.1