Bia.Az

ABŞ-dan illik neft hasilatında dünya REKORDU

Dünya
 12-03-2024, 00:52     220

ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya Administrasiyasının (EIA) hesabatına əsasən, ölkədə neft hasilatı ardıcıl olaraq altıncı ildir ki, digər ölkələrin hasilat səviyyəsini üstələyir.

“2023-cü ildə hasilat orta hesabla gündə 12,9 milyon barel olub və ABŞ-nin 2019-cu ildə müəyyən edilən əvvəlki qlobal rekordunu (12,3) qırıb”, - deyə hesabatda bildirilib.

Qeyd olunub ki, orta aylıq neft hasilatına gəlincə bu, 2023-cü ilin dekabrında gündəlik 13,3 milyon bareldən çox olmaqla rekord səviyyəyə çatıb.
Xatırladaq ki, Rusiyada sutkada 10,8 milyon barel olmaqla neft hasilatının pik həddi 2019-cu ildə, Səudiyyə Ərəbistanında isə 10,6 milyon barel olmaqla 2022-ci ildə qeydə alınıb. Daha sonra bu ölkələrdə hasilat OPEC+ sazişi çərçivəsində məhdudiyyətlər və əlavə könüllü ixtisarlara görə azalıb.

ABŞ, Rusiya və Səudiyyə Ərəbistanı birlikdə 2023-cü ildə qlobal neft hasilatının 40%-ni (32,8 milyon barel) təmin edib.//Oxu.azскачать dle 12.1