Bia.Az

London anons verdi: Moskvadan İrəvana “zərbə” gözlənilir

Dünya
 11-03-2024, 01:08     273

“London Ermənistana yalnız Rusiyadan gələn təhdidlər kontekstində kömək etməyə hazırdır”.

Globalinfo.az xəbər verir ki, bunu erməni politoloq Sergey Melkonyan deyib.

Politoloq Böyük Britaniyanın müdafiə nazirinin  müavini Ceyms Hippinin Ermənistanla bağlı açıqlamasına münasibət bildirib.

S.Melkonyan deyib ki, Londonun dəstək mesajı həqiqətən də Moskvadan sərt reaksiya olacağına işarədir:

“İrəvan sadəcə anti-Rusiya kursu tutduğu müddətdə Qərbin dəstəyini alacaq. Əks halda heç bir dəyəri olmayacaq. Lakin Böyük Britaniya Ermənistanı Azərbaycan və Türkiyəyə qarşı müdafiə etməyəcək. Britaniyalı nazirin bu açıqlaması həm də o deməkdir ki, Moskvanın İrəvanın KTMT-də fəaliyyətini dondurmasına sərt reaksiya verəcəyi gözlənilir. Buna görə də Ermənistanın anti-Rusiya mövqeyini davam etdirməsi üçün təminatlar səsləndirilir. Lakin bunlar sadəcə sözlərdir, bizə real zəmanət lazımdır. Amma yoxdur”.

Xatırladaq ki, Britaniyanın müdafiə nazirinin müavini Ceyms Hippi ölkəsinin Ermənistanın KTMT-yə üzvlüyünü dondurmaq qərarını bəyəndiyini və Rusiyadan gələn təhlükə qarşısında İrəvana dəstək vermək niyyətində olduğunu açıqlayıb.скачать dle 12.1