Bia.Az

Türkiyə ordusu Ermənistanın bu kəndlərini vura bilər – Balasanyandan ŞOK

Dünya
 10-03-2024, 01:26     320

“Türkiyə Ermənistanda yezidi kürdləri yaşayan kəndləri vura bilər”.

Globalinfo.az xəbər verir ki, bunu “Pastinfo”ya açıqlamasında erməni ekspert Qriqor Balasanyan deyib.

O iddia edib ki, Türkiyənin Ermənistan sərhədindən 200 metr aralıda artilleriya yerləşdirməsi barədə məlumatlar yayılır:

“Onların Marqara keçid məntəqəsi istiqamətində yerləşdirildiyi haqda informasiya mövcuddur. Türkiyənin artilleriyasını sərhəddə yerləşdirməsi və bunu hərbi təlimlərlə izah etməsi önəmli deyil, çünki bu texnikalardan istifadə edilə bilər”.

Balasanyan bir neçə il əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Kürdüstan Fəhlə Partiyasının (PKK – red.) döyüşçülərinin Ermənistanda yezidi qəsəbələrində gizləndiyi barədə məlumata malik olduğunu dediyini xatırladıb.

O qeyd edib ki, Marqara keçid məntəqəsindən yezidi kürdlərin yaşadığı Araqat kəndinə cəmi bir neçə kilometr məsafə var.скачать dle 12.1