Bia.Az

Vəziyyət son dərəcə təhlükəlidir – Erməni siyasətçi

Dünya
 8-03-2024, 23:47     315

“Rusiya sərhədçilərini Zvartnots hava limanından çıxarmaq niyyəti Ermənistan hakimiyyətinin gündəliyində duran məsələlərin yalnız kiçik bir hissəsidir. Əgər əvvəllər məqsəd Rusiyanın təsirini Ermənistanda və bütövlükdə regionda azaltmaq idisə, indi onu tamamilə aradan qaldırmağa cəhd edilir”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin keçmiş müavini Avet Adonts deyib.

“Ermənistan hakimiyyətinin mesajları əsasən Avropa İttifaqına ünvanlanıb. Bu kontekstdə Avropa İttifaqına üzvlüyə namizəd olması nəzərə alınaraq Gürcüstanla münasibətlər xüsusi dəyərləndirilir. Bundan başqa NATO üzvü olan Avropa İttifaqının güclənməsi ilə bağlı tezislər də yayılır. Paralel olaraq, İrəvan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı daimi nümayəndəsini geri çağırıb və KTMT-də iştirakını dondurduğunu elan edib. Bütün bunlar İrəvanın obyektiv və çoxvektorlu xarici siyasətini istisna edir. Bunun əvəzində seçim Qərb vektorunun üzərinə düşür”.

Erməni siyasətçinin sözlərinə görə, Rusiya ilə yaxşı münasibətlər heç vaxt Qərblə əlaqələrin inkişafını məhdudlaşdırmayıb:

“Hakimiyyət orqanları sırf iqtisadi baxımdan Aİİ-nin əhəmiyyətini bəyan edirlər. Ancaq Rusiya tərəfi açıq şəkildə bildirir ki, KTMT-də iştirakın dondurulması İrəvanın Avrasiya İqtisadi İttifaqında tam iştirakını sual altına qoyur. Biz heç bir təhlükəsizlik zəmanəti olmadan xarici siyasət vektorunu dəyişirik. Nə Azərbaycan, nə də Türkiyə ilə münasibətlərimiz nizamlanıb. Vəziyyət gözlənilməz və son dərəcə təhlükəlidir. İran regiondankənar qüvvələrin cari proseslərdə iştirakının qəti əleyhinədir. Amma Ermənistanda anti-Rusiya və anti-İran prosesləri çox aktiv şəkildə cərəyan edir”.

Avet Adonts bildirib ki, təhlükəsizliyin təmin edilməsində Aİ-nin özü Vaşinqtondan çox asılıdır.

“İndi ABŞ-ın Avropadakı hökmranlığı daha da güclənib. Türkiyənin bölgədə təsirinin güclənməsi isə anti-Rusiya və anti-İran perspektivinə malikdir”, – erməni siyasətçi vurğulayıb.скачать dle 12.1