Bia.Az

Qardaş Türkiyənin Qaqauz Eli HƏMLƏSİ... - BAŞ TUTACAQMI?

Dünya
 8-03-2024, 14:09     311

Rusiya Moldovada sabitliyi pozmaq məqsədilə hibrid əməliyyatlar aparmaq üçün Dnestryanı və Qaqauz Elindən istifadə etməyə çalışır. Bu, Moldovanın Avropa Birliyinə (AB) üzvlük danışıqları və prezident seçkiləri ilə bağlıdır.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun (ISW) təhlilində deyilir.

Qaqauz Eli (Yeri) Muxtar Vilayətinin rəhbəri Yevgeniya Qutsul martın 7-də Moskvada Rusiya Prezident Aparatı rəhbərinin müavini Sergey Kiriyenko ilə görüşüb. Moldova hökuməti bununla əlaqədar Qutsula qarşı cinayət işinin tezliklə məhkəməyə veriləcəyini açıqlayıb.

Qutsul Kiriyenkodan Rusiyanın Qaqauziyadan idxala tətbiq etdiyi embarqonu ləğv etməsi, bu məqsədlə qaqauzlara Rusiya banklarında sosial layihələr üçün hesablar açmağa və “Qazprom”la güzəştli qiymətlə qazın tədarükü ilə bağlı danışıqlara kömək etməsini istəyib.

ISW-nin fikrincə, Kreml Dnestryanıdakı tanınmamış respublikaya marağı fonunda Qaqauziya ilə münasibətlərə diqqətini artırması hibrid əməliyyatlara haqq qazandırmaq üçün hər iki regiondan istifadə etməyə çalışır. Analitiklərə görə, bunlar AB-yə üzvlük danışıqları və Moldovada bu il keçiriləcək prezident seçkiləri ərəfəsində ölkədə sabitliyi pozmaq və daxildə qütbləşməni dərinləşdirmək üçün Rusiya onlara lazımdır.

Fevralın 28-də tanınmamış Dnestryanı Respublikası Moldovadan müdafiə üçün Rusiyaya müraciət edib. Həmçinin Moldova Xarici İşlər Nazirliyi Rusiya xarici işlər naziri Sergey Lavrovun Dnestryanı ilə əlaqəli açıqlamasına təpki göstərib. Lavrov Kişinyovu rus dilinə qarşı ayrı-seçkilik və onu sıxışdırmaqda, eləcə də Dnestryanıya ciddi iqtisadi təzyiq göstərməkdə ittiham edib.

Qaqauz Elinə gəlincə, Qutsul bir neçə gün əvvəl Türkiyəyə də müraciət edib.

“Ümid edirik ki, rəsmi Ankara Moldova hakimiyyətinə təsir edəcək və bizim xüsusi hüquqi statusumuzun pozulmasına imkan verməyəcək”, - bölgə rəhbəri vurğulayıb.

Qutsul ötən il xarici işlər naziri Hakan Fidanla görüşünü də xatırladıb. O, bundan əvvəl də Ankaraya müraciət edərək Kişinyovu Qaqauz Elinin muxtariyyəti ilə bağlı sabitliyi pozmaq cəhdləri və manipulyasiyalarından çəkindirməyə çağırıb.

“Şor” Partiyasının namizədi Yevgeniya Qutsul ötən il Qaqauz Elində keçirilən seçkilərdə qalib gəlib. Qutsulun yer aldığı hərəkat Qaqauz Elinin müstəqilliyi ideyasının müdafiəçisidir.

Analitiklər hesab edirlər ki, Rusiya ilə Ukraynada davam edən münaqişə Moldova türklərinin – qaqauzların müstəqilliyə olan ümidlərini artırıb.
скачать dle 12.1