Bia.Az

Britaniya Rusiya ilə diplomatik əlaqələri kəsir? - Səfirdən AÇIQLAMA

Dünya
 7-03-2024, 17:49     201

“Böyük Britaniyanın Rusiya ilə diplomatik əlaqələri kəsmək üçün heç bir səbəbi yoxdur”.

Sfera.az “TASS”a istinadən xəbər verir ki, bunu Rusiyanın Böyük Britaniyadakı səfiri Andrey Kelin Britaniya parlamentarilərinin bu məsələ ilə bağlı son bəyanatlarını şərh edərkən bildirib.

"Belə radikal addım üçün heç bir əsas yoxdur. Ölkələrimiz müharibə vəziyyətində deyil və Londonun özü də səfirliklərin açıq qalmasında maraqlı olduğunu vurğulayır. Ona görə də, bir qayda olaraq, bu cür çağırışlar səriştəsiz siyasətçilərdən gəlir. Onlar anti-Rusiya sahəsində siyasi xal toplamağa çalışırlar”, - rusiyalı diplomat bildirib.скачать dle 12.1