Bia.Az

Anlaşma təsdiqləndi – Bu ölkə də Ermənistanı silahlandıracaq

Dünya
 7-03-2024, 17:20     196

Ermənistan hökuməti “Ermənistan və Yunanıstan arasında hərbi-texniki əməkdaşlıq haqqında” sazişin ratifikasiyası üzrə parlamentin təşəbbüsünü təsdiqləyib.

Teleqraf.com xəbər verir ki, müqavilə 2023-cü il dekabrın 14-də Afinada imzalanıb.

Müqavilə müdafiəni yeni texnologiyalar və hərbi məhsullarla gücləndirmək, inkişaf və istehsal sahəsində əməkdaşlığı təşviq etmək məqsədi daşıyır.

Saziş silah, döyüş sursatı və partlayıcı maddələrin istehsalı üzrə texnologiyalar və texniki yardımın edilməsini, döyüş sursatı istehsalı sahəsində məlumat və təcrübə mübadiləsini, hərbi təyinatlı mallar və onların istehsalı sahəsində tədqiqatların aparılması və bunların istehsalı üçün birgə qurumların yaradılmasını əhatə edir.
скачать dle 12.1