Bia.Az

Bu ölkədə gərginlik PİK HƏDDƏ - Silahlılar hava limanını ələ keçirməyə cəhd etdi

Dünya
 5-03-2024, 10:13     375

Haitinin paytaxtı Port-o-Prinsdə silahlı quldurlar Tussen Luvertür Beynəlxalq Hava Limanını ələ keçirməyə cəhd ediblər.

Musavat.com xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

Qeyd olunub ki, silahlılarla yerli polis və hərbçilər arasında atışma olub.

Agentliyin məlumatına görə, hücum zamanı hava limanı bağlı olub.

Atışma zamanı işçilər sürətlə hava limanını tərk ediblər. Polis zirehli yük maşınından quldurlara atəş açıb.

Xatırladaq ki, martın 3-də silahlı qruplar Haitinin Port-o-Prinsdəki əsas həbsxanasına hücum edərək yüzlərlə məhbusu azadlığa buraxıblar.

Hakimiyyət paytaxtda fövqəladə vəziyyət və komendant saatı tətbiq edib.скачать dle 12.1