Bia.Az

Rus ordusu irəliləyir - Yeni ərazilər ələ keçirildi

Dünya
 3-03-2024, 16:01     221

Rusiya qoşunları Kupyan-Svatov-Kreminna xəttində davam edən mövqe döyüşləri fonunda Kreminnada irəliləyir.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.

Geolokasiya görüntüləri rusların bu istiqamətdə Terni və Biloqorivka ərazilərində irəlilədiyini göstərir. Kupyan, Sinkivka, Liman gölü, Petropavlivka, Tabaivka, Kreminna, Yampolivka və Biloqorivka yaxınlığında gərgin mövqe döyüşləri gedir.

Bundan əlavə, ISW-nin məlumatına görə, rus qoşunları Baxmut ərazisində irəliləyib.

İnstitut Rusiya ordusunun Avdiv şəhəri ərazisində irəlilədiyini də bildirib. Söhbət Orlivka və Tonenko ərazilərindən gedir.

Donetsk vilayətində də mövqe döyüşləri davam edir, amma burada cəbhə xəttində təsdiqlənmiş dəyişiklik yoxdur. Donetskin qərbində Ukraynanın minalanmış sahələri Rusiyanın hücum əməliyyatlarını çətinləşdirir.скачать dle 12.1