Bia.Az

İranda gələn il prezident seçkiləri keçiriləcək

Dünya
 24-08-2020, 11:40     618

2021-ci il iyunun 18-də İranda prezident seçkiləri keçiriləcək.

Trend-in məlumatına görə, bunu İranın Seçki Komissiyasının sədri Camal Orf mətbuat konfransında deyib.

C.Orfun sözlərinə görə, bu, İranda İslam İnqilabından sonra 13-cü prezident seçkiləri olacaq.

C.Orf əlavə edib ki, İranda prezident seçkilərinə hazırlıq fevral ayından başlayacaq. Belə ki, seçkilərdə namizədliyini irəli sürmək istəyən şəxslər 3 ay öncədən istefa verməlidirlər.

Qeyd edək ki, prezident Həsən Ruhaninin başçılıq etdiyi İranın hazırkı hökumətinin fəaliyyət dövrü gələn avqustda başa çatacaq.скачать dle 12.1