Bia.Az

ABŞ vətəndaşlarını Rusiyaya getməməyə çağırdı

Dünya
 22-02-2024, 13:44     216

ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller amerikalıları Rusiyaya getməməyə çağırıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə o keçirdiyi ənənəvi brifinqdə danışıb.

“Heç bir Amerika vətəndaşı hər hansı bir səbəbdən Rusiyaya səyahət etməyi düşünməməlidir, çünki onun saxlanılma riski var”, - deyə M. Miller bildirib.

O qeyd edib ki, Birləşmiş Ştatlar Rusiya Federasiyasında saxlanılan Rusiya və ABŞ vətəndaşlığı olan şəxslərə konsulluq xidməti verməyə davam edəcək:

“Bizim hazırda Rusiya hakimiyyət orqanları ilə o qədər də müntəzəm əlaqəmiz yoxdur, lakin səfirliyimiz bu məsələni mütəmadi olaraq qaldırmağa davam edir. Vaşinqton Rusiyada saxlanılan və ABŞ rəsmilərinin qeyri-qanuni saxlanıldığını hesab etdiyi amerikalıların azad edilməsi istiqamətində fəaliyyətini davam etdirəcək”.скачать dle 12.1