Bia.Az

“Fox News”: “Tramp prezident seçilsə, bu altı nəfəri…”

Dünya
 22-02-2024, 01:16     237

ABŞ-ın sabiq Prezidenti Donald Tramp yenidən seçiləcəyi təqdirdə vitse-prezidentliyə mümkün namizədlərin adlarını açıqlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Fox News” telekanalı məlumat yayıb.

Tramp onun administrasiyasında vitse-prezidentliyinə namizəd ola biləcək altı nəfərin adını çəkib:

“Düzünü desəm, bu şəxslərin hamısı yaxşı və etibarlıdır”, – deyə Tramp vurğulayıb.

Siyahıya Trampın üç keçmiş rəqibi, Florida qubernatoru Ron Desantis, senator Tim Skott və sahibkar Vivek Ramasvami daxil edilib.

Tramp həmçinin Cənubi Dakota qubernatoru Kristi Noemi, Bayron Donaldı və Demokratlar Partiyasından 2022-ci ildə ayrılan sabiq nümayəndə Tulsi Qabbardı vitse-prezident postuna potensial namizəd kimi göstərib.

“Fox News”un məlumatına görə, Tramp tez-tez bu tipli açıqlamalar verir və onun siyahısı dəqiq olmaya bilər. Xüsusilə, Ron Desantisin vitse-prezident postuna namizəd ola biləcəyinə şübhə ilə yanaşılır. Buna səbəb son bir il ərzində siyasətçilərin bir-birini dəfələrlə tənqid etməsidir.скачать dle 12.1