Bia.Az

Rusiyapərəst qüvvələr Paşinyanı devirməyə hazırlaşır - Mitinq elan olundu

Dünya
 17-02-2024, 12:47     297

Ermənistandakı qatı rusiyayönlü siyasi qüvvələrin yaratdığı “Birlikdə” alternativ ictimai-siyasi hərəkatı yenidən hakimiyyəti dəyişmək məqsədi ilə kütləvi etirazlara başlayacağını açıqlayıb.

Bakupost.az erməni KİV-ə istinadən xəbər verir ki, bu barədə hərəkatın koordinatoru - keçmiş baş nazir, erməni cəlladı Vazgen Sarkisyanın qardaşı - Aram Sarkisyan bu gün İrəvanda keçirdiyi mətbuat konfransında bildirib.

O deyib ki, fevralın 20-də saat 16:30-da hərəkat fəalları şəhərin Azadlıq meydanında mitinq keçirəcək. Kütləvi etiraz aksiyaları vaxtilə Qarabağda separatçı hərəkatın başlaması ilə eyni tarixə təsadüf edir.

Aram Sarkisyan bildirib ki, indiki hökumət Qarabağı “itirib” və onun əməllərinə görə birbaşa məsuliyyət daşıyır. Rusiyayönlü lider bütün siyasi qüvvələri Nikol Paşinyanın istefası tələbi ilə çıxış edən “Birlikdə” hərəkatını dəstəkləməyə çağırıb.

Sabiq baş nazir bildirib ki, Paşinyan bu yükü çiynində daşıya bilmir və ona görə də istefa verməlidir.

"Biz onu bu yükdən azad etməyə hazırıq. Paşinyan vaxtından əvvəl istefa versə, düzgün olardı, əks halda o, başa düşməlidir ki, vəzifəsini yerinə yetirmək daha çətin olacaq”, - Sarkisyan bildirib.

Onun sözlərinə görə, parlamentdə təmsil olunan 35 müxalifət deputatının hər birinə mitinqdə iştirak etmək üçün fərdi dəvətlər göndərilib.
Digər “Birlikdə” fəalı və keçmiş baş nazir Hrant Baqratyan Paşinyana sövdələşmə təklif edib. O bildirib ki, Paşinyan könüllü olaraq istefa verərsə, müxalifət onun və ailə üzvlərinin təhlükəsizliyinə zəmanət verməyə hazırdır.скачать dle 12.1