Ermənistan “Qisas” əməliyyatı zamanı öldürülən hərbçilərin adlarını və yaşlarını açıqlayıb

Ermənistan Müdafiə Nazirliyi Azərbaycan sərhədçilərinin bugünkü “Qisas” əməliyyatı zamanı öldürülən erməni hərbçilərin siyahısını dərc edib.
Döyüşlərdə həlak olanlar:
Arutyunyan Eduard Hamletoviç (1974-cü ildə anadan olub),
Manukyan Qaqik Varazdatoviç (1982-ci il),
Ambarsumyan Arsen Gagikoviç (1979-cu il),
Ohanesyan Qraçya Talışeviç (1957-ci il).
Azərbaycanla sərhəddə döyüş növbətçiliyi çəkən erməni hərbçilərin yaşı diqqəti cəlb edir. Həlak olanlar arasında ən cavanın 42, yaşlının 67 yaşı olub.
Xatırladaq ki, fevralın 12-də Azərbaycan sərhədçisinin yaralanmasına cavab olaraq Azərbaycan Sərhəd Xidməti bu gün “Qisas” cavab əməliyyatı keçirib, nəticədə 4 erməni hərbçi həlak olub, bir nəfər yaralanıb.(Turan)