Bia.Az

Bu gün Lukaşenko da öz tərəfdarlarını küçəyə çıxaracaq - "Həmrəylik mitinqi" təşkil edir

Dünya
 16-08-2020, 13:19     473

Hökumətyönlü "Belaya Rus" ictimai təşkilatı bu gün Minskdə Belarusun hazırkı Prezidenti Aleksandr Lukaşenkoya dəstək olaraq "həmrəylik mitinqi" keçirmək niyyətindədir.

APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə təşkilatın Facebook səhifəsində məlumat verilib.

Təşkilatın açıqlamasında bildirilib ki, bazar günü saat 12.00-da (Bakı vaxtı ilə 13.00) Hökumət Evinin yaxınlığında, “Müstəqillik” Meydanında həmrəylik mitinqi keçiriləcək: “Mitinq tamamilə dinc şəraitdə baş tutacaq. Dövlət kursunu dəstəkləyən qüvvələr ora toplaşacaq”.

Həmçinin, qeyd edilib ki, mitinqdə Vətənini sevən, ölkənin iki əks düşərgəyə bölünməsinə qarşı olanların hamısı bir araya gələcək.

BİA.az
скачать dle 12.1