Bia.Az

"İnci taneleri" komandası üzr istədi

Dünya
 12-02-2024, 00:57     174

"İnci taneleri" serialının son bölümündə Yılmaz Ərdoğanın canlandırdığı Azem obrazı "Hatıran yeter" mahnısını ifa edərək sözlərin Ferdi Tayfura aid olduğunu bildirib.

Axşam.az xəbər verir ki, əslində isə sözlər şair Ahmet Selçuk İlkana məxsusdur. Yaradıcı heyətin bu səhvi tənqid olunub.

Prodüser üzrxahlıq edərək "Səhv üçün üzr istəyirik. Mahnının sözləri şair Ahmet Selçuk İlkana məxsusdur" deyib.

Serialın İnstaqram hesabında yayımlanan “Üzr mətni” başlıqlı açıqlamada "İnci taneleri"nin üçüncü bölümündə ustadımız Ferdi Tayfurun təfsiri ilə ilk dəfə məşhurlaşan "Hatıran yeter" adlı mahnının bəstəsinin ona məxsus olduğu bildirilib. Bu səhvə görə üzr istəyirik. Bu mahnının sözləri şair Ahmet Selçuk İlkan tərəfindən yazılmışdır. Musiqisi Yılmaz Tatlısəsə məxsusdur. Bu gözəl əsəri həyatımıza gətirən ustadlara ehtiramlarımızı bildiririk və bu münasibətlə Hörmətli Yılmaz Tatlısəsi hörmətlə anırıq” sözləri yazılıb.

Qeyd edək ki, ekran işində Yılmaz Erdoğan, Hazar Ergüçlü, Selma Ergeç, Kubilay Aka, Güven Kıraç və Yasemin Baştanın rol alır.

скачать dle 12.1