Bia.Az

Suriya XİN başçısı: “İsraillə müharibəyə hazırıq”

Dünya
 11-02-2024, 21:53     162

“Suriya İsrailə qarşı bir neçə dəfə müharibə aparıb və daha çoxuna hazırdır”.

Globalinfo.az xəbər verir ki, bunu Suriyanın xarici işlər naziri Faysal Mikdad Dəməşqdə iranlı həmkarı Hüseyn Əmir Abdullahianla keçirdiyi mətbuat konfransında deyib.

Nazir bildirib ki, bunun nə zaman və harada olmasına Suriya qərar verəcək.

O, ölkənin bir qisminin İsrail, ABŞ və Türkiyənin işğalı altında olduğunu və Suriyanın öz torpaqlarını azad etməyə hazır olduğunu bildirib.

Qeyd edək ki, İsranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian hazırda Suriyada səfərdədirскачать dle 12.1