Bia.Az

Ceksonun musiqi kataloqunun yarısı bu qiymətə satıldı

Dünya
 11-02-2024, 15:57     163

"Sony Music" şirkəti təxminən 600 milyon dollara Maykl Ceksonun buraxılmış və yayımlanmamış səsyazmalarının yarısını almaq üçün müqavilə imzalayıb.

Axşam.az xəbər verir ki, bu barədə "Billboard" məlumat yayıb. Bildirilir ki, bütün kataloq 1,2 milyard dollar dəyərində qiymətləndirilir.

"Sony Music" müqaviləsi bu günə qədər bir musiqiçinin aktivləri arasında ən böyük sövdələşmədir. "Primary Wave Music" şirkəti isə Ceksonun nəşriyyat aktivlərində 10 faiz paya sahib olmaqda davam edir.

Qeyd edək ki, Ceksonun qeydə alınmış musiqi kataloqu tarixin ən gəlirlilərindən biri hesab olunur. Sənətçinin 1982-ci ildə işıq üzü görən "Thriller" adlı musiqi toplusu tarixdə ən çox satılan iki albom arasında yer alır.скачать dle 12.1