Bia.Az

Kopırkin Ermənistan-Rusiya münasibətləri haqda: Ciddi narahatlıq və həyəcan yaradır…

Dünya
 10-02-2024, 20:28     157

“İndi Ermənistan-Rusiya münasibətləri güc sınağından keçir”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin bildirib.

O qeyd edəb ki, ötən il münasibətlər baxımından tərəflər üçün çox ağır olub:

“Heç kimə sirr deyil ki, ermənilər baş verənlərə görə məsuliyyəti Rusiyanın üzərinə yıxmağa üstünlük verir. Bu, bizim siyasi dialoqumuza təsirsiz ötüşmür. Məlumdur ki, Ermənistan rəhbərliyi indiyə qədər qüvvədə olan təhlükəsizlik düsturunu şübhə altına alıb. Ona görə də, indi bu münasibətlər bir növ güc sınağından keçir. Amma birbaşa deməliyəm ki, Rusiya tərəfində Ermənistanla münasibətlərə yanaşma dəyişməyib”.

Kopırkinin sözlərinə görə, ABŞ rəsmiləri Ermənistanla münasibətləri birbaşa olaraq Rusiyaya və İrana qarşı mübarizə kontekstində qururlar:

“Bütün bunlar ciddi narahatlıq və həyəcan yaradır. Ümid edirik ki, Ermənistan rəhbərliyi də bunu başa düşür və bütün riskləri dərk edir. İnanırıq ki, birgə səylərlə biz münasibətlərimizin davamlılığını təmin edə biləcəyik. Rusiya tərəfində bu niyyət qətidir və dəfələrlə təsdiqlənib”.скачать dle 12.1