Bia.Az

17 yaşlı həvəskar balıqçı 113 kiloqramlıq balıq tutub

Dünya
 10-02-2024, 01:29     183

ABŞ-da Florida ştatından olan yeniyetmə nəhəng balıq tutaraq öz rekordunu qırıb. Bu barədə Fox News xəbər verir.

17 yaşlı İsaak Frensis Sarasota sahilində yoldaşlarının köməyi sayəsində 113 kiloqramlıq guasa balığını sahilə çəkə bilib.

Guasa qaya qrupları ailəsindən olan böyük duzlu su balığıdır. Bu növün nümayəndələri əsasən 5 ilə 50 metr dərinlikdə riflər arasında yaşayırlar.

 Yetkinlərin uzunluğu 2,5 metrə çatır və təxminən 180 kiloqram ağırlığındadır.скачать dle 12.1