Bia.Az

"Prezident İlham Əliyevin Xankəndində səsvermə hüququndan istifadə etməsi xüsusi önəm daşıyır"

Dünya
 8-02-2024, 17:30     210

“2024-cü il fevralın 7-də Azərbaycanda keçirilən demokratik seçkilərdə Prezident İlham Əliyev çox yüksək səs toplayaraq yenidən prezident seçildi. Bu yüksək səs səviyyəsinə çatmağın əsas səbəbi cənab İlham Əliyevin “Qarabağ Qəhrəmanı” adı ilə Azərbaycan xalqının 30 ilə yaxın işğal altında olan, yaşamaq həsrətində olduğu Qarabağ torpaqlarını geri almasıdır. Prezident İlham Əliyevin Xankəndində səsvermə hüququndan istifadə etməsinin böyük mənası var. Bu, müəyyən mənada "bu torpaqlar həmişəlik Azərbaycanındır" deməkdir”.


Bu barədə Bizimyol.info xəbər portalına Türkiyənin Atatürk Universiteti İqtisadiyyat və İdarəetmə Fakültəsinin müəllimi, professor Kərəm Qarabulud danışıb. Professor bildirib ki, Azərbaycanda gedən irəliləyişlər də sosial, siyasi və iqtisadi proseslərdə yüksək səs toplamağın digər səbəblərdir.
Atatürk Universiteti İqtisadiyyat və İdarəetmə Fakültəsi müəllimi, professor Kərəm Qarabulud
 Kərəm Qarabulud

“Məsələn, siyasi baxımdan Heydər Əliyevin dövründən həyata keçirilən “balanslı siyasət” Azərbaycanı sanballı mövqeyə gətirib. Xüsusilə, yaxşı təlim və Türkiyənin dəstəyi ilə Qarabağ müharibəsinə hazırlaşdıqdan sonra müasir texnologiya hərbi cəhətdən mənimsənildi və qələbə qazanıldı. İqtisadi baxımdan Azərbaycan Qafqazın ən yaxşı iqtisadiyyatına malik ölkəyə və regionun parlayan ulduzuna çevrilib. Bütün bu nəticələr 7 fevral 2024-cü il seçkilərində yüksək səs toplanmasının əsas səbəbləridir”-deyə Kərəm Qarabulud bildirib.

Professor əlavə edib ki, Azərbaycan xalqı regionun bütün bu yaxşı hadisələri görmüş ən ağıllı cəmiyyətidir: “Azərbaycan xalqı iqtisadi tərəqqini sabitlik və həmrəylik çərçivəsində davam etdirmək üçün güclü liderlərinə böyük dəstək verdilər”.скачать dle 12.1