Bia.Az

Danilov: Ola bilməz ki, biri vətəni müdafiə etsin, digəri kənardan baxsın

Dünya
 8-02-2024, 11:17     122

"Ukraynada səfərbərlik prosesi “ədalətli” olmalıdır. Ölkəni qoruyanlarla, kənarda dayanıb onları müşahidə edənlər arasında ayrı-seçkilik olmamalıdır".

Bizimyol.info xəbər verir ki, bunu Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov telemarafon zamanı səfərbərlik haqqında qanun layihəsini şərh edərkən deyib.

Onun sözlərinə görə, bu qanun ədalətlə bağlı olmalıdır: "Səfərbərlik ədalətli olmalıdır. Ola bilməz ki, biri ölkəni müdafiə edir, digəri isə kənarda dayanıb onları müşahidə edir. Özü bu prosesdə iştirak etmir. Vətən hamımızın evidir, onu qorumaq da hər kəsin hüquq haqqı və vicdani borcudur. Hər kəs vətənin azadlığı üçün bacardığını etməlidir. Orduya cəlb edilməkdə də, sağlamlığı hərbi xidmət üçün yararlı və ya qismən yararlı olan  heç kimə güzəşt olunmamalıdır", - deyə Danilov qeyd edib.

Fevralın 7-də Ali Rada səfərbərlik haqqında qanun layihəsini birinci oxunuşda dəstəkləyib. Yenilənmiş sənəddə hər hansı qrup əlilliyi olan şəxslərin hərbi xidmətdən azad edilməsi, çağırış yaşının 25 yaşa endirilməsi, hərbi xidmətdən imtina edilməsi və hərbi xidmət keçməyə borclu olanlar üçün elektron hesabın tətbiqi nəzərdə tutulub.

Xalq deputatı Viktor Baloqa səfərbər oluna biləcək artıq təlim keçmiş ukraynalılardan ibarət bütöv bir qrup toplayıb. Söhbət 40-45 yaşlarında təqaüdə çıxan keçmiş hərbi və hüquq-mühafizə orqanlarının əməkdaşlarından gedir.скачать dle 12.1