Bia.Az

Əliyev bununla bağlı göstəriş verib – Soqomonyan

Dünya
 7-02-2024, 16:07     172

“Ermənistanda konstitusiya dəyişərsə, bu, tariximizə Bakının diktəsi ilə hazırlanmış qanunlar toplusu kimi düşəcək”.

Globalinfo.az xəbər verir ki, bunu “Hayakve” təşəbbüs qrupunun idarə heyətinin üzvü, erməni ictimai fəal Menua Soqomonyan deyib.

M.Soqomyon konstitusiya dəyişikliyini hakimiyyətin istədiyini, lakin müxalifətin razı olmadığını bildirib. Onlar bu prosesin Azərbaycanın, birbaşa Prezident İlham Əliyevin tələbi ilə başladıldığını qeyd edib.

İdarə heyətinin digər üzvü Avetik Çələbyan bildirib ki, əhali Ermənistanın da Qarabağın taleyini yaşa biləcəyinə görə narahatdır.
Qeyd edək ki, Ermənistan Konstitusiyasının dəyişdirilməsi ilə bağlı təklif ciddi mübahisələrə səbəb olub.скачать dle 12.1