Bia.Az

Qoşunlar üz-üzə: İlk atəşi kim açsa, müharibəni o başladacaq

Dünya
 6-02-2024, 20:02     193

NATO-Rusiya müharibəsi riski artır. Paraleldə ABŞ-İran müharibəsi ehtimalı da çoxalır. Artıq bir çox nüfuzlu media subyektlərində ehtimal NATO-Rusiya müharibəsi haqda ciddi məlumatlar, yazılar paylaşılır.

Rusiya Prezidenti Vladimir Putin NATO ilə toqquşsa, Alyans üzvü olan Türkiyənin mövqeyi necə olacaq? Bu cür nəhəng güclərin kəllə-kəlləyə gəlməsi Azərbaycana faydalıdırmı?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Əlimusa İbrahimov deyib ki, NATO-Rusiya müharibəsi riskinin artması III Dünya müharibəsinin yaxınlaşması anonsunu verməyə bərabərdir:

“Həqiqətən, son günlər bu hərbi blok Rusiya ilə müharibəyə yarandığı müddətdən bəri ən yaxın məsafəyə qədər gəlmişdir desək, heç də yanılmarıq. Tərəflər addım-addım təhlükəli mərhələyə yaxınlaşırlar. Eyni zamanda onlar bir-birilərini vəziyyəti gərginləşdirməkdə ittiham edirlər. Yəni NATO da Rusiyanı ona hücum etməyə hazırlaşmaqda təqsirləndirir, Moskva isə əksini iddia edir.
Oradan gələn bəyanatlara görə, hərbi təşkilat Rusiyaya hücuma hazırlaşır. Bu da təbiidir. Müharibə başlayan heç bir tərəf ilk güllənin özünün atdığını təsdiq etmir. Amma müharibə qaçılmazdırmı? Təbii ki, ilk atəşi açılana qədər müharibədən qaçmaq mümkündür.

Əlimusa İbrahimov
İndiki şəraitdə də bu iki düşmən tərəf müharibədən hər zaman qaça bilərlər. Təbii ki, bunu istəsələr və bəşəriyyətin taleyi barədə düşünsələr. Bu müharibə baş verdiyi təqdirdə onun qazananı olmayacaq. Qarşıdurmada iştirak edib-etməməsindən asılı olmayaraq hazırda mövcud olan dövlətlərin heç biri ziyansız ötüşməyəcək. Bütün dünyanın xaosa sürüklənəcəyi şübhəsizdir. O cümlədən bizim regionumuz da problemlərlə üzləşə bilər. Ona görə NATO-Rusiya qarşıdurmasının baş verməsi və bunun nəticəsində yaranacaq dünya müharibəsi heç kim üçn faydalı olmayacaq”.

Politoloq qeyd edib ki, Türkiyəyə gəlincə, təbii ki, o, NATO-nun üzvü kimi bu blokun yanında duraraq Rusiyaya qarşı hərbi əməliyyatlarda iştirak edəcək:

“Onun indiki halda baş verdiyi kimi manevr imkanları sıfıra enəcək. Çünki NATO-nun nizamnaməsinə görə NATO üzvü olmayan ölkənin üzv dövlətlərdən birinin ərazisinə hücum etdiyi müəyyən edildikdə; NATO-nun təsis müqaviləsinin təməl daşı olan “hər hansı bir üzv dövlətə qarşı silahlı hücumu bütün üzv dövlətlərə qarşı edilmiş hesab edən” 5-ci maddə gündəmə gələ bilər.

Nizamnaməyə əsasən: “Kənardan silahlı hücum baş verdiyi zaman tərəflər Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin 51-ci maddəsi ilə təminat verilmiş fərdi və ya kollektiv özünümüdafiə hüquqlarını həyata keçirməklə, hücuma məruz qalan tərəfə və ya tərəflərə hücuma qarşı dirənmək və özünü müdafiədə köməklik göstərəcəklər. Üzv dövlətlər bütün lazımi tədbirləri görərək, o cümlədən onlar silahlı güc tətbiqi ilə kömək edəcəkləri ilə razılaşırlar”. Belə olan halda hesab edirəm ki, bu müharibə haqqında anons verməyə qalxanlar onun dağıdıcı gücü, gətirəcəyi fəlakətlər barədə də düşünsünlər”.скачать dle 12.1