Bia.Az

Babalarımız Azərbaycan soyadlarını seçib – Erməni bloger

Dünya
 5-02-2024, 20:03     179

“Daha əvvəl Ermənistanda azərbaycanlıların mədəni irsinin qorunub saxlanılması mövzusuna toxunmuşdum, indi də onların ölkəmizə mümkün qayıdışı məsələsinə diqqət çəkmək istəyirəm”.

Globalinfo.az xəbər verir ki, bunu tanınmış erməni bloger Natali Aleksanyan deyib.

Bloger azərbaycanlıların ermənilərlə problemi olmadığını, hətta erməni dilində Azərbaycan sözlərinin istifadə edildiyini bildirib:

“1990-cı illərin əvvəllərinə kimi azərbaycanlılar bizimlə birgə yaşayıblar, amma onlarla heç bir problemimiz olmayıb. Əsas problem XX əsrdə yaranıb. Biz səmimi olmalıyıq, bəzi həqiqətlərdən qaça bilmərik. Reallıq budur ki, bir çox soyadışımızın adının təməlində türk sözləri var. Xüsusilə İrəvanda yaşayanların dilində Azərbaycan sözləri çoxdur. Ermənilərlə azərbaycanlılar arasında problem olsaydı, babalarımız Azərbaycan sözlərini özlərinə soyad seçməzdi. Onlar Azərbaycan dilindən istifadə etməzdilər, bu sözləri bizə miras qoymazdılar”.

Bloger qeyd edib ki, vaxtilə Ermənistandan köçmək məcburiyyətində qalan azərbaycanlılara geri qayıtmaq üçün icazə verilməlidir:

“Əgər hansısa azərbaycanlı Ermənistana qayıtmaq və ölkəyə inteqrasiya etmək istəyirsə, hökumət bundan imtina etməməlidir. Sülh Azərbaycan cəmiyyəti ilə ünsiyyət deməkdir. Bu, sadəcə sözdə qalmamalıdır”.скачать dle 12.1