Bia.Az

“Roketsan” WDS-2024-də yeni əməkdaşlıqlara imza atmağı hədəfləyir

Dünya
 5-02-2024, 18:56     179

Türkiyənin “Roketsan” şirkəti yeni və qabaqcıl məhsullarını Ər-Riyad şəhərində keçirilən “World Defense Show-2024” (WDS-2024) sərgisində nümayiş etdirir.

“Poliqon” “Defence Turk” nəşrinə istinadən xəbər verir ki, şirkət WDS-2024-də 17 müxtəlif məhsulunu sərgiləyir.

“World Defense Show-2024” fikirlərini bölüşən “Roketsan”ın baş direktoru Murat İkinci, sərgi çərçivəsində yeni əməkdaşlıqlara imza atmağı hədəflədiklərini bildirib.

““Roketsan” üçün əhəmiyyətli ixrac potensialına malik olan bu sərgidə dünyanın dörd qitəsinə ixrac etdiyimiz ən müasir məhsullarımızla yerimizi aldıq. Sərgi boyu mühüm nümayəndə heyətləri və sənaye nümayəndələri ilə görüşlər keçirərək yeni əməkdaşlıqların qapısını açmağı hədəfləyirik. Burada quracağımız yeni iş birlikləri ilə ölkəmizin iqtisadi gücünə dəyər qatmaqla yanaşı, Türkiyə-Səudiyyə Ərəbistanı əlaqələrinə də müsbət töhfələr verməyi hədəfləyirik.

Performansları ilə analoqlarından seçilən və bu sahədə uğurlarını sübut edən məhsullarımızla qlobal bazarda rəqabət aparmaq bizi qürurlandırır. İnanıram ki, Səudiyyə Ərəbistanından əhəmiyyətli uğurlarla dönəcəyik”, – deyə Murat İkinci qeyd edib.

“Roketsan”ın WDS-2024-də sərgilədiyi məhsullar arasında yer alır:

  • MAM mini ağıllı sursat ailəsi (MAM-L, MAM-C və MAM-T);
  • “Hava-yer” tipli İHA-230 səsdən sürətli ballistik raketi;
  • TEBER-82 və “Laçin” tuşlama dəstləri;
  • “Karaok” qısa mənzilli tank əleyhinə raket kompleksi;
  • OMTAS orta mənzilli tank əleyhinə raket kompleksi;
  • L-UMTAS-GM genişləndirilmiş uzun mənzilli tank əleyhinə raket kompleksi;
  • “Çakır” qanadlı raketi;
  • “Hava-yer” tipli SOM raketi;
  • “Sungur” zenit-raket kompleksi;
  • “Hisar-A”, “Hisar-O” və “Siper” zenit raketləri;
  • “Yer-yer” tipli TRG-230 raketi;
  • Taktiki Raket Atış Silah Sistemi.
roketsan 2
roketsan 3
скачать dle 12.1