Bia.Az

BMT: Sudanda 25 milyon insanın qida çatışmazlığından əziyyət çəkirlər

Dünya
 5-02-2024, 18:04     222

Birləşmiş Millətlər Təşkilatının (BMT) məruzəçiləri Sudanda təxminən 25 milyon insanın, o cümlədən 14 milyon uşağın təcili humanitar yardıma ehtiyacı olduğunu bildirib.

Bizimyol.info xəbər verir ki, BMT məruzəçiləri 2023-cü ilin aprel ayından bəri ordu ilə Çevik Dəstək Qüvvələri (HDK) arasında davam edən şiddətli qarşıdurmalar səbəbindən Sudanda xalqın yaşadığı çətinliklərlə bağlı yazılı açıqlama verib.

Açıqlamada: “Sudanda 2023-cü ilin aprel ayında başlayan qarşıdurmalarda 14 milyonu uşaq olmaqla təxminən 25 milyon insanın təcili humanitar yardıma ehtiyacı var. Bu insanların 3 milyonu 5 yaşa qədər uşaqlardır və kəskin qida çatışmazlığından əziyyət çəkirlər. Ölkə qlobal miqyasda ən sürətlə inkişaf edən böhranlardan biri ilə üz-üzədir”, - deyə bildirilir.
Qeyd edilir ki, qarşıdurmalar azı 13 min insanın ölümünə, 33 min nəfərin yaralanmasına səbəb olub. Humanitar böhrana diqqət çəkən açıqlamada 9 milyona yaxın sudanlının ölkə daxilində didərgin düşdüyü vurğulanıb: “Sudanda təxminən 4 milyon uşaq məcburi köçkün vəziyyətinə düşüb və ölkə dünyanın ən böyük köçkün uşaq böhranı ilə üz-üzədir”, - deyə bəyanatda bildirilir. Ölkə üzrə 170-dən çox məktəb məcburi köçkünlər üçün təcili sığınacaqlara çevrilib. Ölkədə 20 milyon uşağın məktəbə gedə bilmədiyi qeyd edilib.
Sudanda əhalinin 37 faizini təşkil edən təxminən 17,7 milyon insanın şiddətli aclıq yaşadığı qeyd edilən açıqlamada, davam edən qarşıdurmaların Sudanda mövcud gərginliyi və köçkünliyi daha da artırdığına diqqət çəkilib. Açıqlamada Sudanda səhiyyə xidmətlərinə çıxışın məhdudlaşmağa davam etdiyi, ölkədəki xəstəxanaların təxminən 80 faizinin təhlükəsizlik problemləri səbəbilə xidmət göstərə bilmədiyi bildirilib.
Açıqlamada aşağıdakılar qeyd olunub: “Biz münaqişə tərəflərini hüquq müdafiəçilərinin işini asanlaşdırmağa və İnsan Hüquqları Şurası tərəfindən 2023-cü ildə yaradılmış Sudan üzrə Beynəlxalq İstintaq Missiyası və müharibə iddialarının araşdırılması üzrə Beynəlxalq Cinayət Məhkəməsi ilə əməkdaşlığa çağırırıq”.
Beynəlxalq ictimaiyyətə 2024-cü ildə Sudanda 25 milyon insanın həyatını xilas etmək üçün yardım fondlarının artırılması çağırışı edilib. Ölkədə 2023-cü ilin aprel ayının ortalarından etibarən Suverenlik Şurasının sədri general Əbdülfəttah əl-Burhanın komandanlığı altında ordu ilə HDK arasında şiddətli toqquşmalara səhnə olub.
BMT-nin məlumatına görə, dünyanın ən böyük köçkünlük böhranının yaşandığı Sudanda münaqişələr nəticəsində 13 mindən çox insan həyatını itirib, 6 milyon insan ölkə daxilindəki digər şəhərlərə, 1,7 milyon insan isə ətraf ölkələrə qaçıbскачать dle 12.1