Bia.Az

Rusiya olmasaydı, 44 günlük müharibədə ordumuz… – Generaldan ETİRAF

Dünya
 5-02-2024, 14:01     174

“Rusiya olmasaydı, 44 günlük müharibə zamanı 10 gündən artıq mübarizə apara bilməzdik”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın keçmiş müdafiə naziri general-mayor Arşak Karapetyan deyib.

Karapetyan xaricdən alınan silahların Ermənistan ordusu və hava hücumundan müdafiə sistemi üçün yararsız olduğunu bildirib:

“Rusiya əleyhinə danışmaq regionda tək qalmağımızla nəticələndi. Biz təhlükədəyik, hazırda əsas düşmənimiz isə öz rəhbərliyimizdir. Hökumət xaricdən silah-sursat alır. Ukraynalıların Fransadan almaqdan imtina etdiyi maşınları bu gün ölkəmizə gətirirlər.

Hökumətimiz Fransadan hansısa radar sistemləri alır, amma Paris bizə raket satmır. Biz alınan o sistemlərlə nə edəcəyik? Onunla sadəcə hava hücumunu müşahidə etmək mümkün olacaq. Fransız sistemləri Ermənistandakı mövcud sistemlə uyğunlaşmayacaq.

Hindistanda 5 milyon mərmi aldılar. Bəs bizim mərmi zavodumuz nə işə yarayır?!” – deyə Karapetyan fikrini ritorik sualla yekunlaşdırıb.скачать dle 12.1