Bia.Az

Odessadan Voronejə gedən partlayıcı yük Gürcüstanda saxlanılıb

Dünya
 5-02-2024, 13:41     159

Terror aktları törətmək üçün Odessadan Voronejə gedən partlayıcı yük Gürcüstanda saxlanılıb.


Bizimyol.info xəbər verir ki, bu barədə Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti məlumat yayıb.

Kəşfiyyat xidməti partlayıcı maddələrin daşınmasının təşkilatçılarının Gürcüstanda terror aktları törətməyi planlaşdırdıqlarını istisna etməyib.
Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti bildirib ki, partlayıcı maddələrin Gürcüstan ərazisindən Rusiya Federasiyasına daşınmasında Gürcüstan, Ukrayna və Ermənistan vətəndaşları iştirak edib, prosesi Ukrayna təşkil edib. Kəşfiyyat xidmətinin məlumatına görə, partlayıcı maddələrin daşınmasının arxasında Zelenskinin partiyasından olan deputat Andrey Şaraşidze dayanıb.

Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti bildirib ki, partlayıcı maddələr Ukraynadan Rumıniya, Bolqarıstan və Türkiyə ərazisindən keçməklə yanvarın 19-da Gürcüstana gəlib.

Gürcüstanda ələ keçirilən partlayıcıda bir detonator və altı xüsusi açar olub, maddənin ümumi çəkisi 14 kq, kəşfiyyat xidməti bildirib.скачать dle 12.1