Bia.Az

İsrailli nazir: "Biz Hizbullahla problemi diplomatik yollarla həll etməyə hazırıq"

Dünya
 5-02-2024, 11:21     130

İsrailin müdafiə naziri Yoav Qallant ABŞ prezidenti Co Baydenin baş müşaviri Amos Hokşteynə məlumat verib ki, Təl-Əviv Hizbullahla problemi diplomatik razılaşmalar yolu ilə həll etməyə hazırdır.


Bizimyol.info xəbər verir ki, Müdafiə Nazirliyinin ofisindən verilən yazılı açıqlamaya görə, Qallant Təl-Əvivdə Hokşteyn ilə görüşüb.

Görüşdə Livan sərhədindəki təhlükəsizlik problemi və köçkün israillilərin öz evlərinə qayıtma yolları müzakirə edilib. Hokşteynə müraciət edən Qallant: "Biz Livanın cənubundakı Hizbullahla problemi diplomatik yollarla həll etməyə hazırıq. Amma başqa ssenariyə də hazırıq", - deyə qeyd edib.

İsrailin müdafiə naziri bəyan edib ki, ölkəsi Livan sərhədində təhlükəsizliyi yaxşılaşdırmaq və oradan hücum təhlükəsini aradan qaldırmaq əzmindədir. 2023-cü il oktyabrın 8-dən başlayaraq İsrail ordusu ilə Hizbullah Hərəkatı arasında sərhəddə qarşıdurma davam edir.скачать dle 12.1