Bia.Az

Taylandda meymunlar şəhəri "işğal" edib

Dünya
 5-02-2024, 10:53     127

Təxminən 3500 meymunun ələ keçirdiyi Tayland şəhərində həyat dayanıb. Lopburi əyalətindəki eyniadlı şəhər vaxtilə ölkənin mühüm ticarət və turizm mərkəzlərindən biri olub.


Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, Honq-Konqda nəşr olunan "South China Morning Post" qəzetinin dünənki xəbərində meymun istilasına görə bölgənin "xəyalət şəhərə çevrilmək təhlükəsi ilə üzləşdiyi" yazılıb.

Lopburi Ticarət Palatasının prezidenti Ponqastorn Çaiçanapaniç, son iki ildə artan meymun istilası səbəbindən şəhərin mərkəzindəki bir çox mağaza və müəssisənin qapılarını bağladığını söyləyib. Ponqastorn şəhərin tarixi yerlərinin görünməz hala gəldiyini və dövlətin bu vəziyyətə ən qısa zamanda çarə tapması lazım olduğunu bildirib.

Şəhərin məşhur alış-veriş mərkəzlərindən biri olan Pingya Ticarət Mərkəzinin idarəçilərindən Surakat Kanprasit meymunların davamlı olaraq mağazalara girərək zərər verdiyini, iş yerlərinin pəncərələrini və damlarını demək olar ki, hər ay yeniləməli olduqlarını bildirib.
Suraçat ticarət mərkəzinin iki il əvvəl 100 milyon Tayland Bahtı qarşılığında satışa çıxarıldığını, lakin alıcı tapılmadıqda qiymətin 70 milyon Tay Bahta endirildiyini bildirib.

Rəsmi izah edib ki, ticarət mərkəzi satışa çıxarılarkən çinli sərmayəçi şəhərə gələrək orada yoxlama aparıb, lakin meymunlarla yoluxma problemini görüb həll yolu tapılmayana qədər sərmayə qoymayacağını bildirib.

Lopburi qubernatoru Ampol Angkhapakornkul keçən ay şəhərə səfəri zamanı problemin həlli üçün addımlar atacağını bildirmiş və Milli Parklar, Vəhşi Təbiət və Təbiəti Mühafizə Nazirliyinin rəsmiləri ilə birgə plan hazırlayacaqlarını açıqlayıb.скачать dle 12.1