Bia.Az

Tramp: "Netanyahu Qasım Süleymani əməliyyatında iştirak edirdi, o, son anda geri çəkildi"

Dünya
 5-02-2024, 10:42     126

ABŞ-ın keçmiş prezidenti Donald Tramp İsrailin baş nazirinin İran İnqilab Keşikçiləri Ordusunun Qüds Qüvvələrinin komandanı Qasım Süleymaninin öldürüldüyü əməliyyat planının bir hissəsi olduğunu deyib və qeyd edib ki, Benyamin Netanyahu əməliyyatın həyata keçirilməsindən 2 gün əvvəl bundan imtina edib.

Bizimyol.info xəbər verir ki, Amerikanın “Fox News” telekanalına danışan Tramp İsrailin baş naziri Netanyahunun uzun müddətdir Süleymaniyə qarşı əməliyyatın mühüm bir parçası olduğunu və bu prosesdə bir çox mövzuda birgə çalışdıqlarını bildirib.

"Biz Süleymanini vuranda İsrail bizimlə bunu etməli idi. Hücumdan iki gün əvvəl: "Biz bunu edə bilmərik", - dedilər. Sonra biz öz generalımıza üz tutduq və "Bunu edə bilərikmi" dedik?', -deyə soruşduq, o da cavabında: “Bəli, biz bacararıq, cənab prezident, bu sizin ixtiyarınızdadır”, - dedi. Dedim, “onda bunu edək”, - deyə danışan Tramp Netanyahu və İsrailin planın mühüm hissəsi olduğunu, lakin sona qədər davam etmədiklərini qeyd edib.

Süleymani 3 yanvar 2020-ci ildə İraqın paytaxtı Bağdad yaxınlığında ABŞ-ın pilotsuz uçan aparatının hücumu nəticəsində öldürülüb və bu hücumdan sonra ABŞ və İran arasında gərginlik daha da artıb.скачать dle 12.1