Bia.Az

Qətərdən fəlakət xəbərdarlığı: Qəzzaya yardımın dayandırılması…

Dünya
 4-02-2024, 01:58     186

Qətərin Baş naziri Məhəmməd bin Əbdürrəhman Əl Tani Birləşmiş Millətlər Təşkilatının (BMT) Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin Qəzzaya ayrılan vəsaiti dayandırmasının fəlakətə səbəb olacağını açıqlayıb.

Globalinfo.az xəbər verir ki, Qətər Xarici İşlər Nazirliyi Əl Tani və BMT baş katibi Antonio Quterreş arasında keçirilən görüşlə bağlı məlumat yayıb.

Baş nazir BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin Qəzza zolağında, İordaniyada, Suriya və Livanda milyonlarla insana yardımda mühüm rol oynadığına diqqət çəkib.

Maliyyə yardımının dayandırılmasının səbəb olacağı fəlakət və fəsadlar haqqında danışan Əl Tani BMT Baş katibi ilə Qəzza zolağına davamlı humanitar yardımın çatdırılması yollarını müzakirə edib.

Qeyd edək ki, Almaniya, İsveçrə, İtaliya, Kanada, Finlandiya, İslandiya, Avstraliya, İngiltərə, Hollandiya, ABŞ, Fransa, Avstriya, Yaponiya və Estoniya Fələstinə  maliyyə dəstəyini müvəqqəti olaraq dayandırıb. Norveç, İrlandiya və İspaniya isə BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinə dəstəyi davam etdirəcəyini açıqlayıb.скачать dle 12.1