Bia.Az

ABŞ İsrailə 17,6 milyard dollar ayırır, bəs Ukraynaya?…

Dünya
 4-02-2024, 01:33     183

Bir qrup konqresmen İsrailə 17,6 milyard dollar yardımın ayrılması ilə bağlı qanun layihəsini təqdim edib.

Globalinfo.az xəbər verir ki, sənəd ABŞ Nümayəndələr Palatasının üzvü Ken Kalvertin saytında dərc edilib.

Sənəddə Ukraynaya əlavə dəstək barədə heç bir məlumat yoxdur.

Qanun layihəsinə əsasən, Ağ Ev “Dəmir Qübbə” və “David Sling” raketdən müdafiə sistemlərinin artırılması üçün 4 milyard, ABŞ-ın İsrailə təhvil verdiyi silah ehtiyatının artırılması üçün isə 4,4 milyard dollar ayırmalıdır.

Sənəddə Kiyevə yardımın göstərilməsi imkanlarından bəhs edilmir. Qeyd edək ki, Amerikanın “Axios” internet portalı Nümayəndələr Palatasının spikeri Mayk Consonun digər respublikaçılara göndərdiyi məktubun mətnini dərc edib. Orada gələn həftə qanun layihəsinə səsvermə planlaşdırıldığı deyilir.скачать dle 12.1