Bia.Az

ABŞ “Hellfire” raketlərinin Niderlanda satışını təsdiqləyib

Dünya
 3-02-2024, 21:32     155

ABŞ Dövlət Departamenti 150 milyon dollar dəyərindəki “Hellfire” raketlərinin Niderlanda satışını təsdiqləyib.

“Poliqon” ABŞ-ın Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyinə (DSCA) istinadən xəbər verir ki, sifarişə 386 ədəd “hava-yer” tipli AGM-114R2 “Hellfire” raketinin satın alınması, eləcə də onlara təmir, texniki xidmət və logistika dəstəyinin göstərilməsi daxildir.

Sifarişin əsas podratçısı rolunda ABŞ-ın “Lockheed Martin” şirkəti çıxış edəcək.

Qeyd olunub ki, sözügedən satış Niderlandın müdafiəsini gücləndirmək və regional təhlükələrin qarşısını almaq qabiliyyətini artıracaq.скачать dle 12.1