Bia.Az

Britaniya nüvə sualtı qayığını sınaqdan keçirir: Ballistik raket buraxacaq

Dünya
 2-02-2024, 01:29     179

Britaniya nüvə sualtı qayığını sınaqdan keçirmək üçün ballistik raket buraxacaq.

Globalinfo.az xəbər verir ki, bu barədə “The Sun” qəzeti öz mənbələrinə istinadən məlumat dərc edib.

Böyük Britaniya 2016-cı ildən bəri ilk dəfə yenilənən nüvə sualtı gəmisi “HMS Vanguard” vasitəsilə “Trident II D5” ballistik raketini sınaqdan keçirəcək. Məlumata görə, raketin ABŞ-ın şərq sahillərindən təxminən 90 km aralıda döyüş başlığı olmadan buraxılacağı gözlənilir.

Qeyd edək ki, “HMS Vanguard”dan başqa, Böyük Britaniyada 1990-cı illərdə inşa edilən 3 ədəd bu cür nüvə sualtı qayığı var. Hazırda onlardan yalnız ikisi istifadəyə yararlıdır. Böyük Britaniya bu sualtı qayıqları 2030-cu illərin əvvəllərində “Dreadnought” sinifli sualtı qayıqlarla əvəz etməyə başlayacaq.скачать dle 12.1