Şarl Mişel: Bu qərar ABŞ üçün siqnaldır

“Avropa İttifaqının Ukraynaya 50 milyard avro ayırmaq qərarı ABŞ üçün siqnaldır”.
Globalinfo.az xəbər verir ki, bu fikiri Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel səsləndirib.
O bildirib ki, Avropa İttifaqının dövlət və hökumət başçılarının Ukraynaya növbəti 4 il üçün 50 milyard avro ayırması həm dostlar, həm də düşmənlər üçün bir mesajdır:
“Bu qərar ukraynalılara, avropalılara birlik mesajıdır. Eyni zamanda Rusiyadan qorxmadığımızın bariz sübutudur. Bununla yanaşı maliyyə yardımı ilə bağlı qərar ABŞ və tərəfdaşlarına Ukraynanı və onun ərazi bütövlüyünü dəstəklədiyimizə dair bir siqnaldır”.