Bia.Az

Simonyanların gəlini 2 aylıq həbs edildi – YENİLƏNİB

Dünya
 1-02-2024, 18:22     163

Ermənistan parlamentinin sədri Alen Simonyanın qardaşının həyat yoldaşı Ani Gevorkyan 2 ay müddətinə həbs olunub.

Globalinfo.az xəbər verir ki, bu barədə A. Gevorqyanın vəkili Muşeq Aleksanyan məlumat verib.

Vəkil onun vəzifə səlahiyyətlərindən sui-istifadəyə şərait yaratmaqda ittiham olunduğunu bildirib.

İstintaq iş üzrə ümumilikdə 7 nəfərin həbsi ilə bağlı məhkəməyə vəsatət verib.

***10:19

Ermənistan parlamentinin spikeri Alen Simonyanın qardaşı Karlen Simonyan hüquq-mühafizə orqanlarına ifadə verib.

Globalinfo.az xəbər verir ki, o, baş verənlərlə əlaqəsi olmadığını deyib.

Bildirilir ki, Karlen Simonyanın həyat yoldaşı Ani Gevorqyan uzun illər şəhərin ən məşhur təşkilatlarından olan “Synergy”də direktor vəzifəsində çalışıb. Təxminən il yarım əvvəl “Synergy” İqtisadiyyat Nazirliyinin elan etdiyi tenderlərdən birində iştirak edib. 4 şirkətin yer aldığı müsabiqə ləğv edildikdən sonra tenderlərin “Synergy”yə verildiyi məlum olub. Ani Gevorqyanın tenderdə qalib gəlmək üçün saxtakarlığa yol verdiyi güman edilir.

Qeyd edək ki, Karlen Simonyanın həyat yoldaşı Ani Gevorqyan bir qədər əvvəl saxlanılıb.скачать dle 12.1