Bia.Az

HƏMAS atəşkəs təklifini rədd etməyəcək, amma... - Media

Dünya
 1-02-2024, 18:14     203

HƏMAS terror təşkilatı atəşkəs təklifini rədd etməyəcək, lakin İsrailin müharibəni sona çatdırmaq öhdəliyinə sadiq olduğuna zəmanət vermədən bu razılaşmaya tərəfdar olmayacaq.


Bizimyol.info xəbər verir ki, bu barədə Fələstinli yüksək vəzifəli mənbə "Reuters" xəbər agentliyinə şərhində bildirib.

“Mən HƏMAS-ın təklifi rədd etməyəcəyini gözləyirəm, lakin o, qəti razılıq verməyə də bilər. Düşünürəm ki, onlar müsbət cavab verəcək və tələblərini təsdiq edəcəklər: razılaşma İsrailin müharibəni dayandırmaq və Qəzzanı tamamilə tərk etmək öhdəliyini təmin etməlidir. Onlar müharibənin dayandırılmasına zəmanət almayana qədər bunu bir tələ hesab edəcəklər. Tərəflər arasında qarşılıqlı inam olmadığı üçün zəmanətin olması şərtdir”, - deyə mənbə bildirib.

Daha əvvəl də HƏMAS rəhbərliyi hər hansı razılaşmanın, o cümlədən girovların mübadiləsi və digər məsələlər üçün müharibənin dayandırılmasının zəruri şərt olduğunu bəyan etdib.
скачать dle 12.1