Bia.Az

Aİ liderləri Ukraynaya 50 milyard avro ayırmağa razılaşıblar

Dünya
 1-02-2024, 16:54     203

Avropa İttifaqına (Aİ) üzv ölkələrin dövlət və hökumət başçıları 2024-2027-ci illər ərzində Ukraynaya dəstək üçün 50 milyard avro həcmində Ukrayna fondunun yaradılması barədə yekdil qərar qəbul ediblər.


Bizimyol.info xəbər verir ki, Avropa Şurasının sədri Şarl Mişel "X" sosial şəbəkəsində bildirib ki, qərar Brüsseldə keçirilən xüsusi sammitdə Aİ-nin bütün 27 lideri tərəfindən təsdiqlənib.

Mişel: “Biz müqavilə bağladıq”, - deyə vurğulayıb.

Avropa Şurasının sədri əlavə edib ki, qərar yekdilliklə təsdiqlənib: “Bu, Ukrayna üçün davamlı, uzunmüddətli, proqnozlaşdırıla bilən maliyyə təmin edir”, - deyə Mişel qeyd edib.

Onun sözlərinə görə, Avropa İttifaqı Ukraynanı dəstəkləməkdə liderlik və məsuliyyət daşıyır: "Biz nəyin təhlükədə olduğunu bilirik", - deyə o əlavə edib.

2023-cü ilin dekabrında Macarıstanın baş naziri Viktor Orban Brüsseldə keçirilən Avropa İttifaqının sammitində İttifaqın Ukraynaya 50 milyard avroluq yardımına veto qoyub. O vaxtdan bəri Aİ Orbanı Ukraynaya dəstəyin qarşısını almamağa inandırmağa çalışıb.

Xüsusən də Polşanın baş naziri Donald Tusk bildirib ki, Macarıstanın baş naziri Viktor Orbanın Ukraynaya yardım paketinin təsdiqi məsələsində mövqeyini anlaya bilmir. Tusk Orbanın hərəkətlərini qəribə və eqoist oyun adlandırıb.

Bu gün, fevralın 1-də, Aİ sammiti başlamazdan əvvəl Litva prezidenti Gitanas Nauseda bu yaxınlarda Vilnüsə səfər edən Ukrayna prezidenti Vladimir Zelenskinin sözlərində sitat gətirib. Onun sözlərinə görə, Zelenski deyib ki, Ukraynaya bu il makromaliyyə dəstəyi üçün 34 milyard avro lazımdır.скачать dle 12.1