Bia.Az

İran XİN: ABŞ terroru yaxşı və pisə bölür

Dünya
 1-02-2024, 16:29     135

"ABŞ-ın terroru yaxşı və pisə bölməsi dünyada qeyri-sabitliyə səbəb olur".

Bizimyol.info xəbər verir ki, bu sözləri İranın xarici işlər nazirinin müavini Əli Baqiri Kani Daşkənddə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Regional Antiterror Strukturunun (RATS) icraiyyə komitəsinin direktoru Ruslan Mirzəyevlə görüşündə deyib.

“Amerikanın terroru yaxşı və pisə bölməsi dünyada qeyri-sabitlik yaradır. ABŞ-ın birtərəfli yanaşması dünyada sülhü bərqərar etmək iqtidarında olmasa da, ŞƏT terrorla mübarizədə özünü doğruldub”, - deyə Fars agentliyi onun sözlərini sitat gətirir.

Yanvarın 31-də İran XİN rəhbərinin müavini Özbəkistanın paytaxtında ŞƏT RATS icraiyyə komitəsinin direktoru ilə görüşərək qarşılıqlı fəaliyyət məsələlərini müzakirə edib.

ŞƏT 2001-ci ildə yaradılıb. Onun üzvləri Hindistan, İran, Qazaxıstan, Qırğızıstan, Çin, Pakistan, Rusiya, Tacikistan və Özbəkistan, müşahidəçilər Əfqanıstan, Belarus və Monqolustan, tərəfdaş ölkələr Azərbaycan, Ermənistan, Kamboca, Nepal, BƏƏ, Türkiyə və Şri-Lankadır. Ötən ilin iyulunda ŞƏT-in Yeni Dehlidə keçirilən sammitində İran təşkilatın tamhüquqlu üzvü olub, Belarus isə təşkilata üzv dövlət statusu almaq üçün öhdəliklər haqqında memorandum imzalayıb.

ŞƏT RATS-in qərargahı Daşkənddə yerləşir.скачать dle 12.1