Bia.Az

ŞƏT: 130-dan çox dövlət kibermüharibə proqramları hazırlayır

Dünya
 1-02-2024, 11:35     125

Rəqəmsal cəmiyyət bir çox çağırış və təhdidlərlə, o cümlədən dövlətlər tərəfindən kibermüharibə proqramlarının inkişafı, eləcə də terrorçu qrupların müasir texnologiyalardan istifadəsi ilə doludur.


Bizimyol.info xəbər verir ki, bunu Almatıda açılmış “Digital Almaty 2024” rəqəmsal forumunda Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) baş katibinin müavini Qriqori Loqvinov deyib.

“Bu gün dünyanın 130-dan çox ölkəsi kibermüharibə proqramları hazırlayır. Qabaqcıl informasiya texnologiyaları beynəlxalq narkobaronlar, qeyri-qanuni silah, eləcə də, müasir qul alverçiləri, terrorçu və separatçı qruplara yaraqlılar tərəfindən mənimsənilir”, - deyə Loqvinov qeyd edib. Onun sözlərinə görə, süni intellektin inkişafı ilə bağlı bir çox qeyri-müəyyən problemlər var.

ŞƏT baş katibinin müavini rəqəmsal forumun iştirakçılarının “bu baxımdan əhəmiyyətli substantiv mülahizələr hazırlayacaqlarına” ümid etdiyini bildirib.

Bu il tədbir fevralın 1-dən 3-dək “Sənaye X: gələcəyin rəqəmsal təkamülü” devizi altında keçirilir. Forumun kulminasiya nöqtəsi Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələrinin hökumət başçılarının iştirakı ilə cümə günü baş tutacaq plenar sessiya olacaq. Fevralın 2-də baş nazirlər Avrasiya Hökumətlərarası Şurasının dar və geniş tərkibdə iclasını da keçirəcəklər. “Digital Almaty 2024” rəqəmsal sənayenin yeni dövrünün yaradılmasına yönəlmiş təcrübə, həmçinin, fikir mübadiləsi üçün ŞƏT və Aİİ ölkələrinin hökumət rəsmilərini, aparıcı ekspertləri, eləcə də, sahibkarları bir araya gətirəcək.скачать dle 12.1