Bia.Az

Netanyahu: İsrail “minlərlə terrorçunu” azad etməyəcək və ordumuz geri çəkməyəcək

Dünya
 1-02-2024, 11:28     124

Çərşənbə axşamı hərbi akademiyada tələbələr qarşısında çıxış edən Benyamin Netanyahu deyib ki, İsrail “minlərlə terrorçunu” azad etməyəcək.


Bizimyol.info xəbər verir ki, bu, Parisdən girovların azad edilməsi üçün HƏMAS ilə mümkün yeni razılaşma haqqında xəbərlərin gəldiyi bir vaxta təsadüf edir. Həmin tövsiyələrdə döyüşlərə uzun fasilə vermək və çoxlu sayda fələstinli məhbusun azad edilməsini nəzərdə tutur.

“Biz İsrail ordusunu Qəzzadan çıxarmayacağıq və minlərlə terrorçunu azad etməyəcəyik. Bunların heç biri baş verməyəcək. Nə olacaq? Bizə mütləq qələbə lazımdır. Biz bilməliyik ki, ən yaxınımızda xalqımızı hədəf almağa hər zaman hazır olan qüvvələr zərərsizləşdirilib və regionda təhlükəsiz yaşamaq təmin edilib. Mübarizəmiz bu məqsədlərə çatana qədər davam edəcək”, - deyə Netanyahu Elidəki Bnei David Akademiyasında çıxış edərək veyib.

Dünya mətbuatının xəbərlərinə gəlincə, nəşrlər yazıb ki, bazar günü Parisdə ABŞ, Qətər və Misirlə görüş zamanı İsrail qadınlar, uşaqlar, qocalar və xəstələrdən başlayaraq bütün girovların azad edilməsi şərtləri ilə razılaşıb. Hesabatlarda deyilir ki, İsrailin HƏMAS-a qarşı müharibəsində mühakimə tamamlanana kimi “tədrici fasilələr” olacaq.скачать dle 12.1