Bia.Az

"Ertələnən səfər fevral ayında baş tutarsa, Cənubi Qafqazda sülh müqaviləsi müzakirə mövzusu olacaq"

Dünya
 31-01-2024, 13:38     215

Rusiya Prezidenti Vladimir Putin Türkiyəyə səfər edəcək. Bu barədə Rusiya Federasiyasının Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib. Onun sözlərinə görə, Putinin Türkiyə səfəri fevral ayında həyata keçiriləcək. Uşakov qeyd edib ki, Ukrayna nizamlanması Vladimir Putin-Rəcəb Tayyip Ərdoğan danışıqlarında əsas mövzulardan biri olacaq.

Xatırladaq ki, Putin bundan əvvəl Türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla ilin əvvəlində görüşməyi planlaşdırdığını açıqlasa da, bundan əvvəl Türkiyə Prezidentinin qrafikinə görə liderlər görüşə bilməyib. Sanksiya altında olan Rusiya prezidentinin Türkiyəyə səfəri Türkiyəni də diqqət mərkəzinə çəkə bilər. Rusiya-Ukrayna müharibəsinə görə, Avropa dövlətləri tərəfindən Rusiyaya çox sayda sanksiyalar tətbiq edilib. Bu sanksiyalar altında Türkiyəyə ediləcək səfər əslində Türkiyə üçün "gözlənilməyən" nəticə gətirə bilərmi?

Politoloq Məhəmməd Əsədullazadə Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfəri hər dəfə təxirə salınır.
Məhəmməd Əsədullazadə
 Məhəmməd Əsədullazadə

“Əgər fevral ayında bu səfər baş tutarsa, təbii ki, ikitərəfli münasibətlər Türkiyə Rusiya arasında nüvə enerjisi və qaz idxalı, həmçinin Rusiya-Ukrayna məsələsi, Qara dənizlə bağlı Montrö konvensiyası, həmçinin Ukrayna-Rusiya danışıqlarında Türkiyənin yenidən vasitəçiliyi və bəzi məsələlər müzakirə olunacaq.

Təbii ki, Ermənistan-Azərbaycan münasibətləri və Cənubi Qafqazda sülh məsələləri də müzakirə mövzusu olacaq”-deyə politoloq bildirib. O, qeyd edib ki, Qərbin bu səbəbdən Türkiyəyə sanksiyalar tətbiq edəcəyi gözlənilmir. Çünki Qərb də Türkiyənin Rusiya ilə əməkdaşlığını görür və buna o qədər də qısqanclıqla yanaşmır. Çünki Ukrayna məsələsi və Taxıl sazişində Türkiyə siyasi arenada önəmli rol oynadı.
“Bu görüşdə təbii ki, Cənubi Qafqaz məsələləri də müzakirə olunacaq. Xüsusilə, Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsi məsələləri proqramda yer tutacaq. Şübhəsiz ki, mövcud "münaqişə" mühiti Cənubi Qafqazda regionu təhdid edən əsas faktordur”-deyə politoloq əlavə edib.скачать dle 12.1