Bia.Az

İsveçdən qalmaqallı Fələstin qərarı: İsrailin təpkisi nəticə verdi

Dünya
 31-01-2024, 01:45     163

Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) bəzi əməkdaşlarının HƏMAS-a dəstək verdiyi iddia edilib.

Globalinfo.az xəbər verir ki, bu barədə İsrail rəsmilərinin açıqlamalarında qeyd olunub.

İsrailin bu təpkisindən sonra İsveç hökuməti BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinə etdiyi maliyyə yardımını dayandırıb. İsveç Milli Yardım Agentliyi adıçəkilən quruma etdiyi 2 milyon 700 min avroluq yardımı dayandırdığını açıqlayıb.

İsveçin Xarici Ticarət Naziri Johan Forssell yerli telekanallara açıqlamasında  İsveç Milli Yardım Agentliyinin qərarını dəstəkləyib. Bu yardımın “Qırmızı Xaç” kimi təşkilatlara göndəriləcəyini deyib.

Böyük Britaniyada yerləşən “Oxfam” beynəlxalq humanitar yardım təşkilatının direktoru Büşra Xalidi isə yardımın dayandırılmasından narahatlıq keçirdiklərini vurğulayıb:

“Yardımların kəsilməsi yalnız Fələstin xalqının cəzalandırılmasına və məhvinə səbəb olacaq”, – deyə Xalidi bildirib.

Məlumat üçün bildirək ki, Almaniya, İsveçrə, İtaliya, Kanada, Finlandiya, İslandiya, Avstraliya, İngiltərə, Hollandiya, ABŞ, Fransa, Avstriya, Yaponiya və Estoniya BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinə maliyyə dəstəyini müvəqqəti olaraq dayandırıb.

Buna baxmayaraq Norveç, İrlandiya və İspaniya Agentliyə dəstəyi davam etdirəcəklərini açıqlayıblarскачать dle 12.1