Bia.Az

Putinin Türkiyəyə səfərinin vaxtı bəlli olub

Dünya
 29-01-2024, 17:23     184

Rusiya prezidenti Vladimir Putin Türkiyəyə nə vaxt gələcək? Ərdoğan-Putin görüşünün gündəmi nə olacaq?


Bizimyol.info xəbər verir ki, Rusiya mətbuatı Putin fevralın 12-də Ankarada Ərdoğanla görüşəcəyi barədə məlumat verib.

“Bildiyiniz kimi, Rusiya prezidenti Putin uzun müddətdir ki, Rusiyadan kənara asanlıqla səyahət etmir. O, dekabrda keçirdiyi mətbuat konfransında Türkiyəyə səfər edəcəyini bildirmişdi. Rusiya dövət başçısının mətbuat xidməti prezident Ərdoğanın təqvimi uyğun olmadığı üçün o vaxt bu səfəri edə bilmədiklərini, lakin səfəri 2024-cü ilin əvvəlində etmək istədiklərini bildirib. Türkiyə tərəfi ilə razılaşdıraraq hər iki liderin iş qrafikinə uyğun vaxt təyin etməyə çalışırıq və bunu təşkil edəndə dərhal elan edəcəyik”, - deyə Kremldən bildirib. Hələlik dəqiq tarix açıqlanmasa da, fevralda olacağı gözlənilir.

"Masada çox vacib məsələlər var. Bütün dünyanın gözü bu görüşdə olacaq. Çünki prezident Ərdoğan Rusiyanın prezidenti və Qərblə görüşə biləcək yeganə liderdir. Onların müzakirə mövzuları da çox aktualdır. Ukrayna, taxıl və Suriya ciddi müzakirə olunacaq məsələlərdir", - deyə məlumatda qeyd edilir.

Qeyd edilir ki, iki ölkə arasında yüksək səviyyəli əməkdaşlıq komissiyasının iclası da keçirilməlidir. "Bu, iki ölkə arasında hər il keçirilən görüşdür. Bu il ev sahibinin Türkiyə olacağı gözlənilir. İkitərəfli və ticari əlaqələrin də ön plana çıxacağı gözlənilir. Hələ dəqiq bir tarix yoxdur, lakin təxmin edilən tarixlər fevralın əvvəlində ola bilər", - deyə Rusiya prezidentinin mətbuat xidmətindən verilən məlumatda qeyd edilir.скачать dle 12.1